Türkiyədə birgə təlimdən - Fotolar

11-04-2026, 12:40 956 dəfə baxılıb


Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2026” (“Anadolu Ankası - 2026”) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla davam edir. 


“Yenisirvanli.info.az” xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.


Təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.


Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri “fast rope” üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.

Ətraflı


Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.


Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib. 


İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.


Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031