BƏƏ İranın təzminat ödəməsini tələb edir

29-03-2026, 17:37 920 dəfə baxılıb

 

"İranın Fars körfəzi ölkələrinin ərazilərinə zərbələri ilə bağlı vəziyyətin istənilən siyasi həlli hücum etməmək barədə təminatları və hücumlar nəticəsində dəymiş maddi ziyanın ödənilməsini əhatə etməlidir".


Yenisirvanli.info.az xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş "X" platformasında yazıb.


"İranın Fars körfəzinin ərəb dövlətlərinə qarşı təcavüzünün nizamlanmasına yönəlmiş istənilən siyasi həll gələcəkdə belə hücumların təkrarlanmasının qarşısını alan aydın təminatları özündə ehtiva etməli, hücum etməmək prinsipini təsbit etməli, həmçinin mülki və həyati əhəmiyyətli obyektlərə, eləcə də dinc əhaliyə endirilən zərbələrə görə İranın təzimanatlar ödəməsini nəzərdə tutmalıdır", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031