“Bu, Ermənistan rəhbərliyində ciddi narahatlıq yaradır”

8-03-2025, 11:33 250 dəfə baxılıb

 

"Azərbaycanda 1991-ci ildən 2023-cü ilə qədər Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı insanlıq əleyhinə və hərbi cinayətlər də daxil olmaqla, çox sayda ağır cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi davam etdirilir".

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib. 

Onun sözlərinə görə, məhkəmə prosesi Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıqlar doğurur və bu onları məhkəmə posesinə qarşı təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir.

H.Hacıyev, həmçinin qeyd edib ki, Ermənistan rəhbərliyi məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031