“Putinlə normal münasibətlərimiz olmayacaq”

19-02-2026, 15:38 633 dəfə baxılıb

 

Almaniya Kansleri Fridrix Merts Rusiya Prezidenti Vladimir Putinlə münasibətlərin normallaşmasının mümkünlüyünü tamamilə istisna edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, kansler bu barədə “Rheinpfalz” qəzetinə müsahibəsində danışıb.


“Rusiyanın hakim dairəsi yaxın gələcəkdə müharibəsiz keçinə bilməz. Ölkə hərbi fəaliyyətləri davam etdirməlidir, çünki cəbhədən qayıdan yüz minlərlə, o cümlədən ağır yaralanmış əsgərlə nə etməli olduqlarına dair planları yoxdur”, - Merts bildirib. 


Onun fikrincə, Ukraynadakı müharibənin danışıqlar yolu ilə tez bir zamanda baş çatdırılması üçün demək olar ki, şans yoxdur: “Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız tərəflərdən biri ya hərbi, ya da iqtisadi baxımdan tükəndikdə başa çatacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031