Şirvan Regional Ət Kəsim Məntəqəsində daha bir qanunsuzluq..."Su sayğacına müdaxilə olunub"..

6-05-2025, 10:33 612 dəfə baxılıb

 

Prezident İlham Əliyevin içməli su sektorunda israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” ASC nəzarət-yoxlama tədbirlərini davam etdirir.

 

 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki,Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Şirvan şəhər Sukanal İdarəsi  sudan qanunsuz istifadə hallarının araşdırılması məqsədilə Şirvanda apardığı monitorinq zamanı daha bir qanunsuzluq faktını ifşa edib.

 Yoxlama zamanı Şirvan şəhər Regional Ət Kəsim Məntəqəsində sudan uçotsuz istifadə faktı aşkarlanmış, qurum daxilində quraşdırılmış su sayğacına müdaxilə faktı aşkar olunmuşdur.

 Faktla bağlı müvafiq şəkildə cəza tədbirləri təyin olunmuşdur.

 

P.S. Xatırladaq ki, Şirvan Regional Ət Kəsim Məntəqəsi,burada baş alıb gedən silsilə nöqsanlar fonunda son zamanlar ölkə gündəmini zəbt etməkdədir..

 

YeniSirvanli.İnfo.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031