QALMAQAL: Rusiya səfiri “Qatil” sözü ilə sərgidən QOVULDU – VİDEO

7-03-2025, 18:53 173 dəfə baxılıb

 

Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova insanların “Qatil” və “Bura Moskva deyil, Avropadır” çağırışlarından sonra Sofiyada “500-cü meydan” Milli Qalereyasında keçirilən sərgini tərk etmək məcburiyyətində qalıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  martın 6-da səfirin Nyu-Yorkdan olan anonim rəssamlardan ibarət “Gerrilla Girls” qrupunun sərgisinə səfəri zamanı lentə alınan video “Azadlıq” radiosu tərəfindən dərc edilib.

“Azadlıq” radiosunun Bolqarıstan xidməti yazır ki, “Qatil” sözünü Mitrofanovaya qarşı Natali Todorova (onun kim olduğu açıqlanmır) səsləndirib.

Bundan sonra səfir sərgini tərk edib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031