Si Cinpin Çin ordusunun operativ komandanlığını öz üzərinə götürüb

25-01-2026, 16:42 327 dəfə baxılıb

 

Çin sədri Si Cinpin Çin Xalq Azadlıq Ordusunun operativ komandanlığını tam şəkildə öz əlində cəmləşdirib.


Yenisirvanli.info.az  "Financial Times"a istinadən bildirir ki, yüksəkrütbəli hərbi məmurlara qarşı aparılan bir sıra antikorrupsiya araşdırmalarından sonra Çinin Mərkəzi Hərbi Komitəsində (MHK) cəmi iki nəfər qalıb və onlardan biri də məhz Sidir.


Qeyd edilir ki, bu, ölkə ordusuna rəhbərlik edən orqan üçün misilsiz bir vəziyyətdir.


Daha əvvəl Çin Müdafiə Nazirliyi MHK sədrinin müavini Çjan Yusya və MHK-nın Birləşmiş Qərargahının rəisi Lyu Çjenli barəsində araşdırmaya başlanıldığını açıqlayıb. Nazirliyin bəyanatında bildirilir ki, məmurlar intizam və qanunun ciddi şəkildə pozulmasında şübhəli bilinirlər.


Rəsmi məlumatlara görə, 2025-ci il ərzində Çində regional nazirliklər səviyyəsində və ondan yuxarı vəzifələrdə çalışan 69 məmur korrupsiyaya görə məsuliyyətə cəlb edilib. Ümumilikdə ötən il ərzində korrupsiya ilə bağlı bir milyondan çox iş araşdırılıb, 983 min nəfər məsuliyyətə cəlb olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031