Putinlə görüşdə bu hərəkətləri ilə gündəm oldular - Video

25-01-2026, 12:32 314 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Trampın nümayəndə heyəti ilə Rusiya lideri Vladimir Putin arasında Kremldə baş tutan görüş maraqlı detallarla yadda qalıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, yanvarın 23-nə keçən gecə baş tutan və təxminən 4 saat davam edən qapalı görüşdə Amerika nümayəndə heyətinin üzvləri – Cared Kuşner və Ağ Evin müşaviri Coş Qruenbaumun taxdıqları aksesuarlar diqqətdən yayınmayıb.


“Rossiya 1” telekanalının müxbiri Pavel Zarubinin paylaşdığı görüntülərdə nümayəndə heyəti üzvlərinin biləklərinə taxdıqları xüsusi cihazlar müzakirə mövzusu olub.


Məlumata görə, hər iki amerikalı rəsmi stress səviyyəsini, ürək döyüntüsünü və yuxu fazalarını ölçən yüksək texnologiyalı “smart” cihazlar taxıblar. Bu, onların belə kritik və gərgin danışıqlar zamanı fiziki və emosional vəziyyətlərinə nəzarət etdiklərini göstərir.


Eyni zamanda, Cared Kuşnerin biləyində taxılan və uğur gətirdiyinə inanılan qırmızı sap da kameralara tuş gəlib. Jurnalist qeyd edib ki, danışıqların mövzusu olduqca ciddi olsa da, ABŞ təmsilçiləri gərgin görünməyib, əksinə, gülümsəyərək zarafatlaşıblar.


Xatırladaq ki, sözügedən görüşdə Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə “Alyaska formulası” və Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin Trampın “Sülh Şurası”na ötürülməsi kimi strateji mövzular müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031