Tramp HƏMAS-a “son xəbərdarlıq” edib

6-03-2025, 10:34 158 dəfə baxılıb

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp HƏMAS-ı bütün girovları dərhal azad etməyə çağırıb, əks halda ciddi nəticələrlə hədələyib.. 

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşımında bildirib.

“Bütün girovları indi azad edin, sonra deyil <...>. Əks təqdirdə sizin üçün hər şey bitdi. Sizin gözəl gələcəyiniz ola bilər, amma girovları saxlamağa davam etsəniz, bu belə olmayacaq. Ağıllı qərar qəbul edin — onları indi azad edin, yoxsa bunun bədəlini ödəməli olacaqsınız”, — Tramp yazıb.

Daha əvvəl Ağ ev ABŞ nümayəndələrinin HƏMAS hərəkatı ilə Qəzza zolağındakı münaqişənin başa çatdırılması və girovların azad edilməsi ilə bağlı danışıqlar apardığını təsdiqləmişdi. Tərəflərin hələlik razılığa gəlmədiyi qeyd olunmuşdu.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930