XİN İsveçrəyə başsağlığı verdi

1-01-2026, 17:52 105 dəfə baxılıb

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Kran-Montana kurortunda baş vermiş faciəvi yanğınla bağlı başsağlığı verib.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib:


“Kran-Montanadakı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi, bu hadisə bir çox insanın həyatına son qoydu və xəsarətlərə səbəb oldu. Qurbanların ailələrinə və İsveçrə xalqına səmimi başsağlığı verir, dərin hüznümüzü bildiririk. Sevdiklərini itirənlərin yanında olduğumuzu bildirir, yaralananlara isə tezliklə sağalmağı arzulayırıq”.


Xatırladaq ki, yanvarın 1-də Alp dağlarındakı Kran-Montana xizək kurortunda yerləşən “Le Constellation” adlı barda güclü partlayış və yanğın baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, 100 nəfər isə xəsarət alıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031