G20 xarici işlər nazirlərinin görüşünün tarixi bəlli oldu
ABŞ-nin sədrliyi ilə G20 xarici işlər nazirlərinin 2026-cı ilə planlaşdırılan görüşünün tarixi bəlli olub.
Yenisirvanli.info.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi səfiri Marat Berdiyev məlumat verib
Onun sözlərinə görə, sammit oktyabrın 30-31-də baş tutacaq.
Qeyd edək ki, 2025-ci ildə "böyük iyirmilik" sammiti noyabrın 22-23-də CAR-da keçirilmişdi. Sessiyalar və ikitərəfli görüşlər qapalı qapılar arxasında, mediaya çıxış olmadan baş tutmuşdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: