Yohannesburqda "Böyük iyirmilik" ölkələrinin sammiti başlayıb

22-11-2025, 18:24 126 dəfə baxılıb

 

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində, Milli Sərgi Mərkəzində (Nasrec) CAR Prezidenti Siril Ramafosanın sədrliyi ilə "Böyük iyirmilik" (G20) ölkələrinin liderlərinin sammiti işə başlayıb.


Yenisirvanli.info.az  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, sammit "Həmrəylik, bərabərlik, dayanıqlı inkişaf" şüarı altında keçirilir.


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, tədbirdə Fransa Prezidenti Emmanuel Makron, Hindistanın Baş naziri Narendra Modi, Almaniya Kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Braziliya Prezidenti Luis İnasiu Lula da Silva, İtaliyanın Baş naziri Corcia Meloni, Yaponiyanın Baş naziri Sanae Takaiçi, Kanadanın Baş naziri Mark Karni və Avstraliyanın Baş naziri Entoni Albaneze kimi dünya liderləri, habelə Avropa Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, BMT-nin Baş katibi Antonio Quterreş iştirak edirlər.


Tədbirdə Çini Baş nazir Li Çiang, Rusiyanı isə Prezident Administrasiyası başçısının müavini Maksim Oreşkin təmsil edirlər. ABŞ Prezidenti Donald Tramp Cənubi Afrikada ağ azlığa qarşı "irqi ayrı-seçkilik" iddialarını irəli sürərək, sammitə qatılmaqdan imtina edib.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031