Türkiyə və Ermənistan arasında viza rejimi sadələşdirildi

29-12-2025, 18:22 131 dəfə baxılıb

 

Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində diplomatik və xidməti pasport sahibləri üçün viza rejiminin sadələşdirilməsinə dair razılaşma əldə olunub.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub.


Məlumata görə, 2026-cı il yanvarın 1-dən etibarən hər iki ölkənin diplomatik, xüsusi və xidməti pasport sahibləri elektron vizanı (e-viza) tamamilə ödənişsiz əldə edə biləcəklər.


Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ermənistan və Türkiyə heç bir ilkin şərt olmadan münasibətlərin tam tənzimlənməsinə nail olmaq öhdəliyini bir daha təsdiqləyirlər və bu addım iki ölkə arasında etimadın qurulması prosesinin növbəti mərhələsi kimi qiymətləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031