Zelenski göstəriş verdi - ABŞ-la əlaqələrin gələcəyi barədə..

5-03-2025, 10:53 84 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə naziri Rustem Umerova, kəşfiyyat xidmətlərinin rəhbərlərinə və diplomatlara ABŞ ilə əlaqə saxlamağı və Amerikanın Kiyevə hərbi yardımının gələcəyini aydınlaşdırmağı tapşırıb.

Yenisirvanli.İnfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə teleqram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.

"Bu gün bir çox insanın bir sualı var: Amerikanın köməyi ilə bundan sonra nə baş verəcək? İnsanlar təxmin etməməlidir. Mən Ukraynanın müdafiə nazirinə, bizim xüsusi xidmət orqanlarının rəhbərlərinə, diplomatlara göstəriş vermişəm ki, Amerikadakı həmkarları ilə əlaqə saxlasınlar və rəsmi məlumat alsınlar", - Ukrayna lideri deyib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinə son qoymaq üçün Kiyevin ABŞ ilə normal tərəfdaşlıq münasibətləri vacibdir.

Xatırladaq ki, martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031