Zelenskinin Ofisinin rəhbərliyindən istefa verən Yermak cəbhəyə getmək istəyir

29-11-2025, 08:32 124 dəfə baxılıb

 

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin sabiq rəhbəri Andrey Yermak istefasından bir neçə saat sonra cəbhəyə getmək niyyətini açıqlayıb.


Yenisirvanli.info.az xəbər verir ki, o, "New York Post" qəzetinə yazdığı məktubda belə fikir səsləndirib.


"Mən cəbhəyə gedirəm və istənilən repressiyaya hazıram. Zelenskiyə problem yaratmaq istəmərəm, buna görə də belə qərar verdim", - deyə Yermak bildirib.


Qəzetin yazdığına görə, keçmiş Ukrayna rəsmisi cəbhəyə nə vaxt və hansı formada getmək niyyətində olduğunu açıqlamayıb.


Xatırladaq ki, noyabrın 28-də korrupsiyaya qarşı mübarizə orqanlarının əməkdaşları Yermakın mənzilində və ofisində axtarışlar aparıb. O, özü də bunu təsdiqləyib. Daha sonra Zelenski Yermakın istefa verdiyini açıqlayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031