Şabranın icra başçısı Avropa çempionu ilə görüşdü - Fotolar

31-10-2025, 16:52 121 dəfə baxılıb


Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov beynəlxalq arenada uğur qazanan şabranlı gənc idmançını qəbul edib. 


Bu barədə “Yenisirvanli.info.az”a Şabran RİH-dən məlumat verilib. 


Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatında qızıl medal qazanaraq Avropa çempionu tituluna sahib olan Şabran şəhər 2 nömrəli tam orta məktəb-liseyin 9-cu sinif şagirdi, Şabran Uşaq Gənclər İdman və Şahmat Məktəbinin idmançısı Xumar Cəfərlini təbrik edən A.Hüseynov qeyd edib ki, gənc idmançımızın bu uğuru respublika idman tarixində bu kateqoriyada bir ilkdir. 


Gəncimizin bu uğurunu Prezident İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi xüsusi diqqət və qayğının təzahürü kimi qiymətləndirən A. Hüseynov bildirib ki, bütün dövrlərdə şabranlı idmançılar müxtəlif idman növlərində beynəlxalq nəaliyyətlər əldə edib və Şabran rayonu dünya səviyyəli peşəkar idmançılar yetişdirib. 


A. Hüseynov gəncimizin peşəkar idmançı kimi yetişməsində əməyi olan müəllimini və valideynlərini təbrik edib ona gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


RİH başçısının birinci müavini Hüseyn İlyasov, RİH başçısının müavini İlkin Ağayev, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Şabran rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Süleyman Əliməmmədov, Şabran rayonu üzrə Təhsil sektorunun müdiri Emin Mövsümov öz çıxışlarında Xumar Cəfərlini təbrik ediblər.


X. Cəfərli və onun fərdi boks müəllimi Yasəf Quliyev göstərilən diqqətə görə Rayon İcra Hakimiyyətinin başçısına öz minnətdarlığını bildirib və daha nüfuzlu arenalarda ölkə bayrağının yüksəkdə dalğalandırılması və dövlət himnimizin daha nüfuzlu yarışlarda səslədirilməsi üçün daha da əzmlə çalışacaqlarını qeyd edib.


Sonda X. Cəfərli Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031