Netanyahu orduya əmr verdi: "Qəzzada qətiyyətli tədbirlər görün"

19-10-2025, 17:18 120 dəfə baxılıb

 

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının cənubunda baş verən atışma insidentindən sonra orduya anklavdakı radikallara qarşı qəti tədbirlər görməyi tapşırıb.


Yenisirvanli.info.az xəbər verir ki, bu barədə baş nazirin ofisi bəyanat yayıb.


"HƏMAS-ın atəşkəsi pozmasından sonra Netanyahu İsrailin müdafiə naziri İsrael Kats və güc strukturlarının rəhbərləri ilə məsləhətləşmələr aparıb və Qəzza zolağında terror obyektlərinə qarşı qətiyyətli tədbirlərin görülməsini tapşırıb", - deyə bəyanatda bildirilir.


Xatırladaq ki, İsrail ordusu radikalları atəşkəs rejimini kobud şəkildə pozmaqda ittiham edərək anklavın cənubundakı Rəfah şəhəri ərazisində onlara zərbə endirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031