İsrail atəşkəsi pozub Qəzzanı vurdu - 310 ÖLÜ

18-03-2025, 10:56 243 dəfə baxılıb

 

İsrailin Qəzza zolağının yeni bombardmanı nəticəsində ölənlərin sayı 310-a çatıb.
Yenisirvanli.İnfo.Az xəbər verir ki,  bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə nəticəsində yüzlərlə yaralı və itkin düşən var.
******
İsrail Qəzza zolağında HƏMAS qruplaşmasının obyektlərinə zərbələri bərpa edib.
 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb.
Ordu, həmçinin Qəzza ilə sərhəd yaxınlığında yerləşən İsrail yaşayış məntəqələrində təhsil müəssisələrinin işini müvəqqəti olaraq dayandırmaq barədə göstəriş verib.
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, HƏMAS ABŞ-nin Yaxın Şərqdəki xüsusi nümayəndəsi Stiv Uitkoff və digər vasitəçilərin bütün təkliflərini rədd edib.
Xatırladaq ki, yanvarın 19-da İsrail və HƏMAS arasında barışıq qüvvəyə minmişdi. Bu atəşkəs isə çormərhələli idi: birinci mərhələ İsrailin Qəzzaya böyük həcmdə humanitar yardımın çatdırılmasına imkan yaratması, İsrail qoşunlarının sıx məskunlaşan ərazilərdən çıxarılması və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsini nəzərdə tuturdu. Birinci mərhələnin müddəti martda başa çatıb.
Bunun ardınca isə İsrail razılaşmanın ikinci hissəsinə keçməyi deyil, birinci mərhələnin müddətinin uzadılmasını tələb edib. HƏMAS isə öz növbəsində bu təklifdən imtina edərək, ilk razılaşmaya riayət etməyi tələb edib. Qruplaşma vurğulayıb ki, İsrail ilk olaraq öz qoşunlarını Qəzza zolağından tamamilə çıxarmalıdır və tərəflər arasında mübadilə bundan sonra baş tuta bilər. Bununla belə, tərəflər yeni şərtlər üzrəində işlədiyi müddətdə atəşkəs rejimi təqribən 3 həftə uzadılmışdı.
 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930