ramp Ukraynaya hücuma start VERDİ: ABŞ hərbi yardımı dayandırır

1-03-2025, 17:39 462 dəfə baxılıb

 

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ evdəki mübahisədən sonra Dövlət Departamentinə Ukraynaya hərbi yardımın tamamilə və ya birdəfəlik dayandırılması imkanlarını araşdırmağı tapşırıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Bildirilib ki, D.Tramp qərarını Ukraynanın Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra verib:

“Görüşün gözlənilməz sonluqla bitməsi bundan sonra ABŞ-ın Ukraynaya hansı siyasi-hərbi dəstəyi göstərəcəyi barədə sualları cavabsız qoyub. Digər tərəfdən Ağ evdə baş vermiş məlum qalmaqal avropalı sülhməramlıların Ukraynaya göndərilməyə hazır olması perspektivlərini daha da çətinləşdirir. Çünki bundan əvvəl Avropa İttifaqı rəsmi şəkildə Ukraynada sülhməramlıların fəaliyyətə başlama perspektivlərinin rəsmi Vaşinqtondan asılı olduğunu bəyan edib”.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031