İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin görüşü başlayıb

13-10-2025, 11:37 82 dəfə baxılıb


Pakistanın paytaxtı İslamabad şəhərində Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin üçüncü üçtərəfli görüşü başlayıb.


Yenisirvanli.info.az  xəbər verir ki, əvvəlcə görüşün İcraiyyə Toplantısı keçirilib və tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.


Tərəflər üç ölkə və parlamentləri arasında yüksəksəviyyəli qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayaraq bu görüşün də üçtərəfli parlament əməkdaşlığı üzrə qarşıya qoyulan məqsəd və hədəflərə çatmağa güclü təkan verəcəyinə inam ifadə ediblər.


İcraiyyə Toplantısında gündəlikdəki mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.


Xatırladaq ki, üçtərəfli görüş bu gün parlament spikerlərinin çıxışı və deputatların da iştirakı ilə keçiriləcək geniş müzakirələrlə davam edəcək.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031