Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram

1-03-2025, 11:26 213 dəfə baxılıb

 

“Mən özümü Donald Trampın qarşısında qətiyyən günahkar saymıram. Hesab edirəm ki, hərdən biz bəzi məsələləri jurnalistlərin iştirakı olmadan müzakirə etməliyik. Trampla münasibətlərimiz iki Prezidentin yanaşmasından daha yüksəkdə olmalıdır”.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “FOX News” telekanalına müsahibəsində deyib.

O, ABŞ lideri Donald Trampla görüşdən sonra ondan üzr istəyib-istəmədiyinə dair sualı cavablandırarkən belə vurğulayıb.

Qeyd edək ki, ABŞ-də səfərdə olan Volodimir Zelenskinin Prezident Donald Tramp və Vitse-prezident Cey Di Venslə görüşü tərəflər arasında sözlü mübahisə ilə yadda qalıb. Nəticədə Volodimir Zelenski danışıqları yarımçıq tərk edib.

Bundan sonra Ağ Evin rəhbəri Donald Tramp bu hərəkəti hörmətsizlik kimi dəyərləndirib:

“Zelenski sülhə qətiyyən hazır deyil” – D. Tramp belə deyib.

Bir çox Avropa liderləri isə Ukraynanın dövlət başçısının analoji addımına dəstək veriblər.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031