Rusiya səfiri Almaniya XİN-ə çağırıldı

12-09-2025, 21:17 120 dəfə baxılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya XİN-ə çağırılıb.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Almaniya XİN “X” səhifəsində məlumat yayıb.


“Rusiya Prezidenti Vladimir Putinin NATO hava məkanını pozmaı, PUA-lardan istifadə etməsi təhlükəli və qəbuledilməzdir. Bu səbəbdən Rusiya səfiri bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. NATO ittifaq ərazimizi və təhlükəsizliyimizi müdafiə etmək üçün birləşib”.


Xatırladaq ki, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığının sentyabrın 10-da Rusiyanın Ukrayna ərazisinə hücumu zamanı Polşanın hava məkanını pozduğu haqda bəyanat yayıb.


Rusiya Müdafiə Nazirliyi isə məsələni belə şərh edib:


“Ukraynadakı obyektlərə intensiv hücumlar çərçivəsində Polşa ərazisindəki heç bir obyekt hədəfə alınmayıb.


Rusiya tərəfi insidentlə bağlı Polşa ilə məsləhətləşmələrə hazırdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031