Polşa NATO ilə 4-cü maddənin tətbiqini müzakirə edib

10-09-2025, 12:44 128 dəfə baxılıb

 

Polşa ölkənin hava məkanının Rusiya tərəfindən pozulması ilə bağlı NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqini müzakirə edib.


Yenisirvanli info.az  "TVP Info" telekanalına istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Karol Navrotski jurnalistlərə açıqlamasında bildirib.


"Milli Təhlükəsizlik Bürosunda NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiq imkanları müzakirə edilib", - o qeyd edib.



Lakin prezident hansı qərarın qəbul edildiyini açıqlamayıb.



Qeyd edək ki, NATO Nizamnaməsinin 4-cü maddəsində deyilir ki, tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa, tərəflər bir-biri ilə məsləhətləşmələr aparmalıdırlar. Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.



10:58



Polşanın Baş naziri Donald Tusk ölkənin hava məkanının Rusiya dronları tərəfindən pozulduğunu təsdiq edib.


Polşanın hava məkanı Rusiyanın çoxlu sayda pilotsuz təyyarələri tərəfindən pozulub", - D.Tusk qeyd edib.



D.Tusk vurğulayıb ki, birbaşa təhlükə yaradan pilotsuz təyyarələr vurulub.



"Mən NATO-nun baş katibi və müttəfiqlərimizlə daim əlaqə saxlayıram", - deyə o qeyd edib.


Öz növbəsində Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Rusiya aviasiyasının Ukraynaya kütləvi hücumu zamanı bir neçə pilotsuz təyyarənin Polşanın hava məkanını pozduğunu açıqlayıb.



Eyni zamanda, bildirilir ki, Rusiya pilotsuz təyyarələrinin qarşısını almaq üçün Polşa Silahlı Qüvvələri döyüş təyyarələrini havaya qaldırıb və yerüstü hava hücumundan müdafiə sistemlərini işə salıb. Həmçinin NATO ölkələrinin döyüş təyyarələri təhlükənin qarşısını almaq üçün havaya qaldırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031