Çin Rusiya ilə Polşanı dialoqa çağırıb

11-09-2025, 17:41 144 dəfə baxılıb

 

Çin Polşa hava məkanına pilotsuz uçuş aparatlarının daxil olmasından sonra yaranan gərginliklə bağlı Moskva və Varşavanı dialoqa çağırıb. 


“Yenisirvanli.info.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian danışıb.


O, problemin “danışıqlar və müzakirələr” yolu ilə həll edilməli olduğunu vurğulayıb.



Xatırladaq ki, ötən gecə bir neçə pilotsuz uçuş aparatı Polşanın hava məkanına daxil olub. Ölkənin Baş naziri Donald Tusk həmin dronların Rusiyaya məxsus olduğunu bildirib. Onun sözlərinə görə, Polşanın hava məkanına daxil olan 19 drondan 3-ü zərərsizləşdirilib.


Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində Ukraynaya dronla hücumlar zamanı Polşadakı hədəflərə zərbə endirmək niyyətinin olmadığını bildirib. Nazirlik həmçinin insidenti Polşa rəsmiləri ilə müzakirə etməyə hazır olduğunu qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031