Qərbi azərbaycanlıların qayıdış hüququnda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti uğur qazanılıb - BƏYANAT

8-04-2025, 10:33 53 dəfə baxılıb

 

Qərbi azərbaycanlıların qayıdış hüququna beynəlxalq dəstəyin əldə edilməsi istiqamətində növbəti mühüm uğur əldə edilib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda vurğulanıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 aprel 2025-ci il tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilmiş IV konfransında qəbul edilmiş bəyannamədə Qərbi Azərbaycan İcmasının öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış səylərinə dəstək ifadə olunub.

"Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin bu qərarı bütövlükdə Qoşulmama Hərəkatının, o cümlədən, onun Parlament Şəbəkəsinin Bandunq Prinsiplərinə sadiqliyini və Qərbi Azərbaycana qayıdışın beynəlxalq sülh və ədalətə xidmət edən mövzu kimi qəbul edilməsini bir daha göstərir.

Qərbi Azərbaycan İcması sərgilədiyi ədalətli mövqeyə görə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə və Parlament Şəbəkəsinə sədrlik edən Azərbaycan Respublikasının Milli Məclisinə təşəkkür edir", - bəyanatda qeyd edilib.




Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930