Baş nazir Abxaziya və Cənubi Osetiyanın qaytarılmasını mümkün hesab edir
Müəyyən şərtlər daxilində Tbilisi Abxaziya və Cənubi Osetiyanı Gürcüstana qaytara biləcək...
Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxizde “İmedi” telekanalına müsahibəsində bildirib.
Baş nazirin sözlərinə görə, “hadisələr dinamik inkişaf edir” və ona görə də bu prosesin özünün vaxtını və gedişatını proqnozlaşdırmaqda çətinlik çəkir.
“Düşünürəm ki, ardıcıl siyasət və səbrlə istənilən məqsədə nail olmaq mümkündür. O cümlədən bizim əsas arzumuz ərazi bütövlüyümüzün bərpasıdır”, deyə gürcü vurğulayıb.
Kobaxidzenin sözlərinə görə, bu məsələnin həlli müxtəlif amillərdən asılı olacaq.
Qeyd edək ki, 2008-ci il avqustun 26-da Rusiya Cənubi Osetiya və Abxaziyanın suverenliyini tanıyıb. Moskva dəfələrlə bəyan edib ki, bu qərara yenidən baxılmayacaq.
Tbilisi bu əraziləri öz regionları hesab etməkdə davam edir. Fevralın 8-də Gürcüstanın baş naziri bəyan edib ki, Rusiyanın Abxaziyanın və Sxinvali bölgəsinin müstəqilliyini tanıması səbəbindən bu ölkənin Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üçün şəraiti yoxdur.
Yenisirvanli.İnfo.Az