Dövlət başçısından təqaüdlə bağlı SƏRƏNCAM

1-04-2025, 18:20 169 dəfə baxılıb

 

Prezident İlham Əliyev gənc istedadlara xüsusi təqaüdlərin verilməsi haqqında Sərəncam imzalayıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki,  Sərəncama əsasən adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə 98 794 manat məbləğində vəsait ayrılıb.

 

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etməli, Mədəniyyət Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031