ABŞ və Ukrayna rəsmilərinin Ər-Riyaddakı görüşünün ikinci mərhələsi başa çatıb

25-03-2025, 17:57 458 dəfə baxılıb

 

ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən Ər-Riyad görüşünün ikinci mərhələsi başa çatıb...


 Yenisirvanli.İnfo.Az xəbər verir ki, APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu barədə Ukraynanın nümayəndə heyətindəki mənbə məlumat verib.

O, deyib ki, görüş bitsə də, ABŞ rəsmiləri ilə birgə fəaliyyət davam etdirilir.

***

ABŞ və Ukrayna nümayəndə heyətləri Ər-Riyadda Rusiya ilə atəşkəs barədə danışıqların yeni mərhələsinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə “RBC Ukraine” AFP-yə istinadən məlumat yayıb.

"Ər-Riyadda Ukrayna və ABŞ komandaları arasında Kiyev  Moskva arasında atəşkəs məsələsi ilə bağlı yeni görüş keçirilir, Ukrayna nümayəndə heyətindəki mənbə bildirib", - agentlik vurğulayıb.

“Bloomberg” isə öz növbəsində qeyd edib ki, tərəflər enerji obyektlərinə 30 gün ərzində zərbələrin dayandırılması imkanı və Qara dənizdə atəşkəsə nail olmaq barədə müzakirələr aparmaq niyyətindədirlər.

Qeyd edək ki, tərəflər martın 23-də Ər-Riyadda bu məsələ ilə bağlı danışıqlar aparıblar.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031