Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi təbrik edib

25-03-2025, 11:20 77 dəfə baxılıb

 

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq bayram - Novruz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Sizə göndərməkdən şərəf duyuram.

Baharın gecə ilə gündüzün bərabər olduğu günlərində qeyd olunan beynəlxalq Novruz bayramı bəşəriyyətin ən qədim mədəni irslərindən biridir. Kökləri minilliklərin dərinliklərinə qədər uzanan bu gözəl bayram təkcə təbiətin oyanışının deyil, həm də qarşılıqlı ehtiramın, dinc yanaşı yaşamağın, qarşılıqlı anlaşmanın və zəhmətsevərliyin rəmzidir.

Qoy, bu əziz bayram Sizin və ölkənizin bütün xalqı üçün sülh, sevinc və yeni nailiyyətlərlə əlamətdar olsun".

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930