“Bəzi yaralar var ki, sağalmır, sənin yoxluğun kimi…”

22-03-2026, 15:41 921 dəfə baxılıb

 

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin ölümünün üçüncü ildönümü ilə bağlı instaqram hesabında paylaşım edib.


“Yenisirvanli.info.az” xəbər verir ki, paylaşımda deyilir:


“Bu gün sənsiz keçən 3-cü ildir…


Deyirlər, zaman hər şeyə məlhəmdir, yaraları sağaldır… Amma bəzi yaralar var ki, illər keçir, onlar sağalmır, dərinləşir. Sənin yoxluğun kimi… 


Səsin, baxışın, varlığın, yanaşman, özünəməxsus reaksiyalarının hər biri hələ də mənimlədir, amma sən yoxsan…


Xatirələrdə, dualarımda həmişə yanımdasan.


Səni unutmaq mümkün deyil. Çünki həyatımı inşa edən insan olmusan.


Ruhun şad olsun… Mən sənin üçün hər gün daha çox darıxıram…”


Xatırladaq ki, O.Əliyev 2023-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031