Rəşad Dağlı əfv üçün müraciət edib? – YAXINLARI DANIŞDI

5-03-2025, 18:46 459 dəfə baxılıb

 

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) əfv olunacağı ilə bağlı xəbərlər yayılıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, lent.az yayılan xəbərləri dəqiqləşdirməkdən ötrü Rəşad Dağlının yaxınları ilə əlaqə saxlayıb

Yaxınları bildirib ki, Rəşad Dağlı əfv üçün müraciət etməyib.

Xatırladaq ki, qətl hadisəsi 2022-ci ilin noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

R.Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930