Rasim Balayev kolbasa reklamında - Aktyor onu qınayanlara cavab verdi

18-06-2025, 10:08 173 dəfə baxılıb

 

Xalq artisti Rasim Balayev kolbasa reklamına çəkildiyinə görə onu qınayanlara cavab verib.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, aktyor Qaynarinfo-ya açıqlamasında bütün dünyada aktyor və aktrisaların reklama çəkildiyini və bundan qazanc əldə etdiyini bildirib:

"Əcəb edib çəkilmişəm, vəssalam. Təklif olunub mən də qəbul etmişəm".

"Kinoda bu boyda islahatlar aparılıb, amma ortada bir senari yoxdur, niyə filmlər çəkilmir" sualına Rasim Balayevin cavabı belə oldu:

"Bunu Mədəniyyət Nazirliyindən soruşun, kinonu onlar çəkir. Mən onların işini haradan bilim".

Qeyd edək ki, Xalq artisti Rasim Balayev kolbasa ilə bağlı reklam çarxına çəkilib. Tamaşaçıların bəziləri aktyoru sözügedən reklama çəkildiyi üçün "Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir" deyə qınayıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031