"EGE Hospital"da əməliyyat edilən aktyor iflic olub
Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub...
YeniSirbanli.İnfo.Az bildirir ki, bu barədə Oxu.Az-a açıqlamasında aktyorun qızı Leyla Rəhimli məlumat verib.
O bildirib ki, atası fevralın 14-də "EGE Hospital"da spinal stenoz (bel kanalının daralması - red.) diaqnozu ilə əməliyyat olunub.
"Əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib. Hazırda müalicəsi xəstəxanada davam etdirilir", - deyə o qeyd edib.
YeniSirbanli.İnfo.Az