Oturaq işlər kişiləri sonsuzlaşdırır

18-06-2025, 10:09 425 dəfə baxılıb

 

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusilə çanaq nahiyəsində durğunluğa səbəb olur. Bu isə prostat vəzinin iltihabına – prostatitə yol aça və ya mövcud problemləri daha da ağırlaşdıra bilər.

Mütəxəssislər bildirir ki, oturaq vəziyyətdə uzun müddət qalmaq testislərin istiliyini artırır. Bu da sperma istehsalını və keyfiyyətini aşağı salır, nəticədə kişi məhsuldarlığına mənfi təsir göstərir.

Bundan əlavə, hərəkətsizlik piylənmə, ürək-damar xəstəlikləri, bel və onurğa problemləri, o cümlədən bel yırtığı riskini artırır. Maddələr mübadiləsinin zəifləməsi testosteron səviyyəsinin enməsi ilə nəticələnə bilər ki, bu da ümumi kişi sağlamlığına zərər verir.

Həkimlər tövsiyə edir ki, hər 30-60 dəqiqədən bir qısa fasilə verilsin, az da olsa yerimək və yüngül idman hərəkətləri edilsin. Bu sadə vərdişlər sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.



Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031