Yatmazdan əvvəl çimənlərə alimdən xəbərdarlıq

29-05-2025, 10:40 169 dəfə baxılıb

 

ABŞ-də aparılan sorğulara görə insanların 42 faizi səhər, 25 faizi isə axşam çimməyə üstünlük verir. Səhər duş qəbul edənlər günə daha ayıq və təravətli başlamaq istədiklərini deyirlər. Axşam çimənlər isə təmiz halda yatağa girməyi üstün tuturlar.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, Britaniyalı klinik mikrobioloq Dr. Primrose Freestone bildirib ki, gün ərzində bədənə toz, kir, allergen və yağ toplanır. Bunlar dəridəki mikrobiom tarazlığını poza və bakteriyaların çoxalmasına səbəb ola bilər. Axşam duş bu çirkləri təmizlədiyi üçün faydalı hesab edilir. Ancaq bu da tam həll sayılmır. Çünki gecə yatarkən insan tərləyir və bu, bakteriyaların artmasına səbəb ola bilər.

Freestone qeyd edib ki, dərimiz gündə təxminən 1,5 qram ölü hüceyrə tökür. Bu qalıqlar yataqda toplanaraq toz gənələri üçün qida mənbəyinə çevrilir. Gənələrin özü insanı dişləməsə də, onların ifrazatı allergiya və astma kimi problemləri ağırlaşdıra bilər.

Mütəxəssislər bildirirlər ki, səhər və ya axşam duş qəbul etmək şəxsi seçimdir. Amma vacib olan yataq dəstlərinin təmizliyidir. Onların sözlərinə görə, çarpayı dəstləri həftədə bir dəfə, yay aylarında isə daha tez-tez yuyulmalıdır. Ev heyvanı olanlarda və allergiyası olan insanlarda bu müddət 3-4 günə endirilməlidir./milli.az


Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031