Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

16-10-2026, 11:58 66 dəfə baxılıb

 

Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədəDaxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər isə tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 qumbara, 2 alışdırıcı və 5 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.


Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031