Kişi qardaşını su xəttinin kəsilməsinə görə döydü, elektron qolbaq taxıldı

20-02-2025, 11:11 5 dəfə baxılıb

 

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tariyel Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 7 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

 

İttihama görə, hadisə 15 aprel 2024-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, Tariyel Həsənov evin həyətində qardaşı, zərərçəkmiş Qulam Həsənovla (şərti) evinə gələn su xəttini kəsilməsi ilə bağlı mübahisə edib. Bu zaman o, yumruqla qardaşının bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr endirərək ona yüngül zərər vurmaya aid xəsarətlər yetirib.

 

Hadisədən sonra Tariyel Həsənov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930