Dövlət Turizm Agentliyi: MƏSƏLƏ CİDDİLƏŞİR... - Hesablama Palatası yoxlamalara başlayıb

14-03-2025, 20:21 347 dəfə baxılıb

Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlamalar aparır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, “APA-Economics”in əldə etdiyi məlumata görə, artıq bir neçə müddətdir yoxlamalara başlanılıb.

Hesablama Palatasından da “APA-Economics”in sorğusuna cavab olaraq məlumat təsdiqlənib.

Bildirilib ki, Hesablama Palatasının 6 dekabr 2024-cü il tarixli Kollegiya qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına əsasən, cari ilin yanvar ayından başlayaraq Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditi keçirilir və “Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə uyğun olaraq hazırda audit prosesi davam edir.

Yenisirvanli.İnfo.Az 

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930