Direktor müəllimləri təhqir etdi:“Mənə dilənçi payı lazım deyil” – VİDEO

2-03-2025, 18:52 401 dəfə baxılıb

 

Sosial şəbəkələrdə Bakı şəhəri 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya aid olduğu iddia edilən səsyazısı yayılıb.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edib.

O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq və nəticə haqqında əlavə məlumat veriləcək.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır.

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031