“Giləzi-Quşçuluq Təsərrüfatı” gömrük qaydalarını pozur

20-02-2025, 11:12 3 dəfə baxılıb

 

Barəsində bir neçə dəfə cərimə protokolu yazılmış “Giləzi-Quşçuluq Təsərrüfatı” MMC şirkəti ilə bağlı işə baxılacaq tarix məlum olub. Şirkət cərimələnə bilər.

 Yenisirvanli.İnfo.Az  xəbər verir ki, “Giləzi-Quşçuluq Təsərrüfatı” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Giləzi-Quşçuluq Təsərrüfatı” ilə bağlı işə Xızı rayon Məhkəməsində baxılır. 27 fevral tarixində hakim İlqar Cabbarovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Giləzi-Quşçuluq Təsərrüfatı”nın rəhbəri Mahir Mirzəyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.(Tia.az)

 Yenisirvanli.İnfo.Az   






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930