Azərbaycan Özbəkistana birbaşa investisiyalarını 4 dəfə artırıb

21-03-2025, 18:00 68 dəfə baxılıb

 

Ötən il Azərbaycandan Özbəkistan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların həcmi 93,108 milyon ABŞ dolları təşkil edib...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, Poliqon-nun Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, birbaşa investisiyaların həcmi bir il ərzində 4 dəfə və ya 69,868 milyon ABŞ dolları artıb.

Azərbaycanın birbaşa xarici investisiyalarının ümumi həcmində Özbəkistanın payı 5,8 % təşkil edir.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycandan digər ölkələrin iqtisadiyyatlarına birbaşa xarici investisiyalar 1,762 milyard ABŞ dolları (-43,5 %) təşkil edib.

2023-cü ildə Azərbaycandan Özbəkistana birbaşa xarici investisiyaların həcmi 23,239 milyon ABŞ dolları, Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların ümumi həcmi isə 3,117 milyard ABŞ dolları təşkil edib.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031