Azərbaycana elektromobil idxalı azalıb

17-03-2025, 14:03 134 dəfə baxılıb

 

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana ümumilikdə 288 milyon 940 min dollar dəyərində 16 758 ədəd avtomobil idxal olunub...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

2024-cü ilin yanvar-fevral ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 26% və ya 3 459 ədəd , dəyəri isə 16.7% və ya 41.3 milyon dollar artıb. 2024-cü ilin müvafiq dövründə Azərbaycana 247 milyon 612 min dollar dəyərində 13 299 ədəd avtomobil idxal edilib.

Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin (elektromobil) sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 42.9% azalaraq 309 ədəd təşkil edib.

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930