"Brent" markalı neft ucuzlaşdı

23-09-2025, 11:26 119 dəfə baxılıb

 

"Brent" markalı neft ucuzlaşıb. Treyderlər İraqdan tədarükün artması ilə bağlı KİV-in yaydığı məlumatları qiymətləndirirlər.


Yenisirvanli.info.az  xəbər verir ki, bu barədə İnterfax.ru məlumat yayıb.


Bakı vaxtı ilə saat 9:07-də Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin noyabr füçersləri 0.37 dollar (0.56%) ucuzlaşaraq bir barel üçün 66.2 dollar təşkil edib. Sentyabrın 22-də "Brent "markalı neft 0.11 dollar (0.2%) ucuzlaşaraq bir barel üçün 66.57 dollar təşkil edib.


Nyu-York əmtəə birjasında (NYMEX) WTI markalı neftin noyabr füçersləri bu vaxta kimi 0.35 dollar (0.56%) ucuzlaşaraq bir barel üçün 61.93 dollar olub. Əvvəlki sessiyada müqavilə bir barel üçün 0.12 dollar (0.2%) ucuzlaşaraq 62.28 dollar olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031