Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb

12-07-2025, 10:54 90 dəfə baxılıb

 

Dünya bazarlarında neft iki dollara yaxın bahalaşıb.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, iyulun 11-də dünya bazarlarında neft qiymətləri artıb.

Belə ki, Nyu-York birjasında (NYMEX) WTI markalı xam neftin avqust fyuçerslərinin qiyməti 1,88 ABŞ dolları və ya 2,82% artaraq 68,45 dollar/barel təşkil edib.

ICE London birjasında Brent markalı neftin sentyabr fyuçersləri isə 1,72 dollar və ya 2,51% bahalaşaraq 70,36 dollar/barel olub.

Analitiklər qeyd edirlər ki, qiymət artımı əsasən ABŞ-da neft ehtiyatlarının azalması, Çin və Hindistan kimi iri istehlakçılardan gələn tələbat siqnalları, dolların zəifləməsi və Yaxın Şərqdə artan geosiyasi gərginliklərlə izah olunur. Bu faktorlar bazarda təklif və tələbat balansına dair narahatlıqları gücləndirib.



Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031