Azərbaycanda dolların məzənnəsi ilə bağlı PROQNOZ

28-03-2025, 17:53 43 dəfə baxılıb

 

Azərbaycanda istehlak qiymətlərinin 2025-ci ildə orta hesabla 4,4 %, 2026-cı ildə isə 5,8 % artacağı proqnozlaşdırılır.

Yenisirvanli.İnfo.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə Niderlandın ən böyük bank qruplarından biri olan "ING Group"up hesabatında qeyd edilib.

Bundan əvvəl ING 2024-cü il üçün 5,2 %, 2026-cı il üçün isə 4,9 % inflyasiya proqnozlaşdırırdı. Lakin yeni hesabata əsasən, fiskal siyasətin yumşaldılması 2024-cü ilin əvvəlində sıfır olan inflyasiyanın ilin sonuna qədər orta illik 4,9 %-ə, 2025-ci ilin əvvəlində isə 5,4 %-ə yüksəlməsinə səbəb olan amillərdən biri olub.

Hesabatda qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) son vaxtlar əsas faiz dərəcəsini 7,25 % səviyyəsində saxlayıb. AMB istehlak qiymətləri indeksinin 2025-ci ilin sonuna qədər illik 5,5 %-ə çatacağını, 2026-cı ildə isə inflyasiyanın yavaşlayacağını proqnozlaşdırır. Bu da bankın orta müddətdə inflyasiyanı 4±2 % hədəf diapazonunda saxlamaq niyyətini əks etdirir.

Hesabatda dollarla bağlı proqnoz da yer alıb: "Hazırda biz USD/AZN məzənnəsinin növbəti 1-2 il üçün 1,70 səviyyəsində sabit olacağını düşünürük".

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930