2 komanda Azərbaycan çempionatından qovuldu

22-03-2025, 19:48 100 dəfə baxılıb

 

Ağcabədinin "Hindarx" klubunun 13 və 14 yaşlılardan ibarət komandaları Azərbaycan çempionatlarından uzaqlaşdırılıb...


Yenisirvanli.İnfo.Az xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub.

"Hindarx"ın heyətində həm U-13 Liqasında, həm də U-14 Liqasında lisenziyası saxtalaşdırılmış futbolçular forma geyiniblər. Həmin futbolçuların çıxış etdikləri bütün oyunlarda Ağcabədi təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni zamanda, komandaların 2024/2025 mövsümündə çıxışını davam etdirməsinə qadağa qoyulub.

Qeyd edək ki, bu gün Ağcabədi futbol nümayəndələrindən ikisi futbolla fəaliyyətdən kənarlaşdırılıb.

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031