Bəhlul Mustafazadə bu göstəricidə ÇL-in ən yaxşılarındandır

9-04-2026, 13:16 914 dəfə baxılıb

 

Çempionlar Liqasının 1 /4 final matçlarından sonra “Qarabağ”ın futbolçuları müxtəlif göstəricilərdə ən yaxşılar arasındadırlar.


“Yenisirvanli.info.az” xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyunçular siyahısına qoşulub. 


O, saatda 36,5 km sürət ilə ilk beşliyi tamamlayır. İlk üçlüyə "Pafos"un hücumçusu Landri Diamata (39,6), “Bayer”in hücumçusu Patrik Şik (39,6) və PSJ-nin cinah oyunçusu Bredli Barkola (36,7) daxil olub.


Eyni zamanda, “Qarabağ”ın qapıçısı Mateuş Koxalski seyvlərdə (45) dördüncü pillədəki yerini qoruyub. O, “Bodo-Qlimt”in qapıçısı Nikita Haykin (68), “Real”dan Tibo Kurtua (56) və “Qalatasaray”ın qapıçısı Uğurcan Çakırdan (48) geri qalır.


Xatırladaq ki, “Qarabağ” ümumilikdə 22-ci yeri tutub və pley-offdan sonra Çempionlar Liqasını tərk edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031