İkardi karyerasına yenidən İtaliyada davam etmək istəyir

15-12-2025, 17:46 131 dəfə baxılıb

 

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardi karyerasına yenidən İtaliyada davam etmək istəyir.


Yenisirvanli.info.az  "Sky Sports"a istinadən xəbər verir ki, İkardi bu tələbini "Qalatasaray" rəhbərliyinə çatdırıb.


Məlumata görə, "Milan" klubu Mauro İkardi transferi ilə maraqlanmadığını aydın şəkildə ifadə edib.


"Qalatasaray" rəhbərliyi isə ara transfer dönəmində cəlbedici bir təklif gəlməsi halında oyunçunun ayrılmasına müsbət yanaşır.


İkardinin transferi üçün Serie A-dan "Fiorentina" və "Cenoa"nın ciddi maraq göstərdiyi bildirilir.


Qeyd edək ki, müqaviləsi mövsümün sonunda bitəcək olan 32 yaşlı hücumçu bu mövsüm liqada çıxdığı 15 matçda 8 qol vurub. "Qalatasaray" karyerasına sentyabr 2022-ci ildə başlayan İkardi bu günə qədər çıxdığı 108 rəsmi qarşılaşmada 69 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.


Xatırladaq ki, 32 yaşlı təcrübəli hücumçu İtaliyada daha öncə "Sampdoriya" və "İnter"də çıxış edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031