“Sabah” “Karvan-Yevlax”ı darmadağın etdi

25-01-2026, 14:17 330 dəfə baxılıb

 

“Sabah” Azərbaycan Premyer Liqasında liderliyini möhkəmləndirib.


“Yenisirvanli.info.az” xəbər verir ki, 17-ci turun son oyun günündə lider “Sabah” autsayder “Karvan-Yevlax”ı qəbul edib.


Masazırdakı “Bank Respublika Arena”da baş tutan qarşılaşma meydan sahiblərinin 4:1 hesablı darmadağını ilə başa çatıb.


Abşeron təmsilçisinin qolları Aron Maluda (9, 22), Umarali Raxmonaliyev (32) və Velko Simiç (84) vurublar. Qonaqların təsəlli qoluna isə 83-cü dəqiqədə Olavale Doyeni imza atıb.


Qeyd edək ki, bu qələbədən sonra xallarını 40-a çatdıran “bayquşlar” vahid liderliyini davam etdirirlər. Bununla da onlar ötən gün “Kəpəz”ə sürpriz şəkildə (0:2) məğlub olan “Qarabağ”la xal fərqini artıq 4-ə yüksəldiblər. “Karvan-Yevlax” isə 6 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031