Koxalski qışda “Qarabağ”dan ayrıla bilər - “Napoli” və “Borussiya” istəyir

2-12-2025, 14:31 99 dəfə baxılıb

 

“Qarabağ”ın qapıçısı Mateuş Koxalski qış “transfer pəncərəsi”ndə komandadan ayrıla bilər.


“Yenisirvanli.info.az” xəbər verir ki, bu barədə Polşanın gol24.pl saytı məlumat yayıb.


Bildirilib ki, Çempionlar Liqasında yaxşı oyun sərgiləyən qolkiperin xidmətində “Napoli” və “Borussiya” (Dortmund) maraqlıdır. Almaniya təmsilçisi artıq bununla bağlı hərəkətə keçib və 25 yaşlı çərçivə qoruyucusunun meneceri ilə danışıqlara başlayıb.


İtalyanlar isə qış fasiləsində “Qarabağ”a rəsmi təklif göndərəcəklər.


Amma nə adıçəkilən klublar, nə də “Qarabağ” tərəfindən bu barədə rəsmi açıqlama verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031